image-2000x150px
image-123
image-ads_atlas
image-1718029353400815666_1200x630backend

AQTA və TƏBİB Qaradağ rayonunda uşağın vəfat etməsi ilə bağlı birgə məlumat yayıb

image-728x90px

Paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.

Bununla əlaqədar, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Məlumatda deyilir: “İlkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub. İyunun 9-da saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, iyunun 9-u saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.

Ailədən onu bildiriblər ki, “Çips” məhsulunu üç uşaq qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.

Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki