image-n1karobka_ads
image-123
image-17639648934622033005_1200x630backend

“Araz-Naxçıvan” futzal klubu Çempionlar Liqasında “Benfika” ilə üz-üzə gəlir

image-ad_qayo_720x110px

Bu gün Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, ilk iki raundu uğurla adlayan klub Bakı İdman Sarayında Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.

Azərbaycan təmsilçisi ilk oyuna itkilərlə çıxacaq. Vərəqə cəzası səbəbindən Covanni Valero, Karlos Bertuola və Alekssanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Onların yerinə Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, cavab oyunu dekabrın 5-də keçiriləcək və cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) matçının qalibi ilə qarşılaşacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki