Argentina hakimiyyəti İkinci Dünya Müharibəsindən sonra ölkəyə gələn yüksək rütbəli nasistlərin, o cümlədən Osvensim həbs düşərgəsinin əsirləri üzərində tibbi təcrübələr aparan həkim Jozef Mengelenin ölkədə qalması ilə bağlı sənədləri dərc edib.
Bundan əlavə, polis və kəşfiyyat xidməti konsentrasiya düşərgəsinin komendantı Edvard Roşmanın və Gestapo zabiti Valter Kutşmanın şəxsi sənədlərini də yerləşdirib.
RİA Novosti-nin məlumatına görə , orada həmçinin şəxsi işlər, həbslər və ya araşdırmaların gedişi haqqında qəzet parçaları, arayışlar, teleqramlar və rəsmi sənədlər var.
DOĞRU.AZ