image-2000x150px
image-123
image-ads_atlas
image-pollssssbackend

Astarada torpaq sürüşməsi: Evlər təhlükədədir – VİDEO

image-728x90px

Astarada torpaq qatı sürüşüb, yaşayış evləri üçün təhlükə yaranıb.

“Xəzər Xəbər”in məlumatına görə, Astaranın Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra bu cür mənzərə yaranıb.Sakinlərin sözlərinə görə, yağıntıların düşməsi səbəbindən ərazidəki aktivlik daha da artıb.

Kənd sakinləri deyirlər ki, torpaq sürüşməsi dəfələrlə sitrus bağlarına da ziyan vurub. Hazırda Sipiyəpart kəndinin Hörün məhəlləsində 10-a yaxın fərqli hissədəki sürüşmə aktivliyi 15-ə yaxın ev üçün təhlükə yaradır.

Məsələ ilə bağlı yerli ərazi icra nümayəndəliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı qərar veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki