Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel bildirib ki, Avropa İttifaqı ABŞ-la Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsini müzakirə edir və o, bu məsələ ilə bağlı Amerika tərəfinin müsbət qərar verəcəyinə ümid edir.
TASS xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin Kiyevdə keçirilən görüşündə bildirib.
“Amerikalı müttəfiqlərimiz və dostlarımızla onların da sizi dəstəkləməyə davam etmələrini təmin etmək üçün müzakirələr aparırıq” dedi.
Borrel Vaşinqtonun qərarını yenidən nəzərdən keçirəcəyinə, ABŞ və Aİ-nin Ukraynanın tərəfində olacağına əmin olduğunu bildirib.
Mənbə: TASS