image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220522-111049_facebookbackend

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır

image-728x90px

Litva və Azərbaycan arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulmuşdur. 1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayına qədər Litva dövlətində Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəliyi fəaliyyət göstərib və bu iki ölkə uzun illərdir ki, strateji tərəfdaşdlrlar. Prezident İlham Əliyevin cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes-forumunda iştirakı və çıxışı olduqca əhəmiyyətlidir.

Ölkə başçımızın iştirak etdiyi bu möhtəşəm biznes-forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə çıxış edən natiqlər dövlət başçılarının biznes-forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıblar.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında və Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan-Litva münasibətlərinin uzunmüddətli tarixə malik olduğunu bildirərək ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini vurğuladı. Bu səfərdən sonra isə əməkdaşlıqlar daha yüksək səviyyədə qurulacaq, ikitərfəli münasibətlər daha da inkişaf etdiriləcəkdir.

Azərbaycan əməkdaşlıq etdiyi hər bir ölkə və beynəlxalq təşkilatla münasibətlərin yüksək səviyyədə olmasında maraqlıdır. Bu isə ölkəmizin etibarlı tərəfdaş olmasından irəli gəlir.

Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri isə Litvanın da üzv olduğu Avropa İttifaqıdır. Ölkəmizlə Avropa İttifaqının əməkdaşlığı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində uğurla inkişaf edir. Avropa İttifaqı ilə əməkdaşlıq bır sıra sahələri – enerji, nəqliyyat təhlükəsizliyi, ticarət və digər sahələri əhatə edir. İqtisadi inkişaf göstəricləri davamlı olaraq yüksələn Azərbaycan artıq enerji və nəqliyyat sahəsində önəmli ölkəyə çevrilməyi bacarmışdır.

Öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkəmiz eyni zamanda Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Nəticədə isə Azərbaycan tərəfdaşlar qazanmaqla yanaşı özünün ixrac imkanlarını da genişləndirir. Bu diplomatik və möhkəm əlaqələr şübhəsiz ki, qalib ölkə kimi Azərbaycan üçün və eyni zamanda Litva üçün olduğca əlverişli inkişafyönümlü olacaqdır.

Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır. Azərbaycan artıq donor ölkəyə çevrilib.

Bu gün ölkəmizdə istənilən sahədə inkişaf və yenilənmə gedir. Və ölkəmiz bütün dünyanın maraq nöqtəsindədir. Bütün dünya ölkələrinin liderləri Azərbaycana maraq göstərir, Azərbaycana investisiya yatırmaq istəyirlər.

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmirdi.

Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında qətiyyətlidir. Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ilə məşğuldur. Ermənistan tərəfindən təxminən 30 il davam etdirilmiş işğal nəticəsində həmin ərazilər tamamilə dağıdılımış, bütün infrastruktur yerlə yeksan edilmişdir.

Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Herosiması” adlandırırlar. Herosimadan fəqrli olaraq Ağdam, eləcə də digər ərazilər atom bombasının partlaması nəticəsində dağıntılara məruz qalmayıb. Bu ərazilər erməni barbarlığı və vandalizmi nəticəsində dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirən Azərbaycan Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır.

Hələ hərbi əməliyyatlar bitən kimi Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası təklifini vermişdi. Daha sonrakı mərhələdə isə Azərbaycan dövləti BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun qaydada Ermənistana 5 əsas prinsip irəli sürmüşdür.

Rəsmi İrəvan bu prinsipləri qəbul etsə də hazırda məsuliyyətsiz mövqe sərgiləməklə məşğuldur. Lakin Ermənistan unutmamalıdır ki, bu 5 prinsipin şərtlərinə əməl etmək məcburiyyətindədir.

İlqar Kərimov
YAP Tovuz rayon təşkilatında sədr müavini.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki