Avropa Komissiyası Gürcüstanı “demokratiyadan geri çəkildiyi” üçün noyabrın 18-də keçiriləcək Aİ-nin genişlənmə forumuna dəvət etməyib.
Doğru.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə AK nümayəndəsi Qiyom Mersier bildirib:
“Gürcüstanın Avropa demokratik yolundan daha da uzaqlaşmasını təəssüflə qeyd edirik… Bəli, təsdiq edə bilərik ki, Gürcüstan bu səbəblərə görə forumumuza dəvət olunmayıb.”
Daha əvvəl Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanı Aİ-yə inteqrasiya yoluna qaytarmaq niyyətində olduqlarını və respublikaya təzyiq göstərmək üçün yeni viza mexanizmi tətbiq ediləcəyini açıqlamışdı.
DOĞRU.AZ




























