image-n1karobka_ads
image-123
image-2014-02-22t120000z_983303181_gm1ea2m1df901_rtrmadp_3_ukraine-crisis-administration-pic_32ratio_900x600-900x600-58549backend

Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılmasına səs verib

Avropa Parlamenti dörd il ərzində Ukraynaya 50 milyard avro yardım ayrılmasına səs verib.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, 536 deputat Ukraynaya pul köçürməsinin lehinə, 40-ı isə əleyhinə səs verib.

Bundan əvvəl Avropa İnvestisiya Bankının kritik infrastrukturun dəstəklənməsi üçün Ukraynaya 50 milyon avrodan çox qrant ayıracağı bildirilirdi. Bunu ölkənin Yenidənqurma və İnfrastrukturun İnkişafı üzrə Dövlət Agentliyinin rəhbəri Mustafa Nayem deyib.

Bundan əlavə, Kiyevin ayrılan pulu müvəqqəti körpülərin tikintisinə sərf edə biləcəyi bildirilib. Ukraynanın döyüşlər zamanı zədələnmiş bölgələrində müvəqqəti körpülərin tikilməsi planlaşdırılır. Nayem əlavə edib ki, 2022-ci ilin fevral ayından əhalinin məskunlaşdığı ərazilərdə nəqliyyat marşrutlarının yaradılması üçün 85 müvəqqəti keçid tikilib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki