Avropa Şurasının rəhbəri Çarlz Mişel Hindistanda keçirilən G20 sammitində Rusiya, Türkiyə və Qətərin ərzaq yardımına ehtiyacı olan Afrika ölkələrinə bir milyon ton Rusiya taxılını pulsuz tədarük etmək niyyətlərini tənqid edib.
Bu barədə RİA Novosti agentliyi xəbər verir.
“Qara dəniz razılaşmasının 30 milyon ton əsasən ən həssas ölkələrə ixrac etməyə imkan verdiyini bildiyimiz bir vaxtda Afrika ölkələrinə qarşı nə rüsvayçılıq və hörmətsizlikdir”, – o deyib.
Mişel xatırladıb ki, Aİ tərəfindən hazırlanmış alternativ marşrutlar, “həmrəylik dəhlizləri” artıq 40 milyon ton taxıl ixrac etməyə imkan verib.
Mənbə: RİA Novosti