Ukraynanın avropalı müttəfiqləri NATO və Avropa İttifaqının Kiyevə səsli dəstək bəyanatlarına baxmayaraq, son aylarda hərbi yardımlarını əhəmiyyətli dərəcədə azaldıblar.
Doğru.az xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, yalnız bir neçə Avropa ölkəsi hələ də Ukraynaya hərbi yardım göstərməkdə davam edir.
Qəzet yazır:
“Qalanları xəsisdirlər və ya paylaşacaq başqa heç nələri yoxdur.”
Bundan əvvəl Politico nəşri Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 25 milyard avro kredit vermək təklifi barədə məlumat yaymışdı.
DOĞRU.AZ