image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_100418382_l-2015-pic_32ratio_900x600-900x600-82829backend

Avropanın ən hündür dağı iki metr aşağı düşüb

image-728x90px

Avropanın ən hündür dağı Mont Blan son iki ildə 2,2 metr aşağı düşüb.

Fransanın France Info radiosu xəbər verir ki, onun hündürlüyü hazırda 4805,59 metrdir.

Qeyd olunur ki, ölçmələr sentyabr ayında bir qrup topoqraf, alim və idmançı tərəfindən aparılıb. Bildirilir ki, işdə məşhur fransız biatlonçu Martin Fourcade iştirak edib. Maraqlıdır ki, ölçmələr iki ildən bir aparılır və dağın hündürlüyünə yağıntılar və qar əriməsi təsir edir.

“Son iki qışda yağıntının olmaması və 2022 və 2023-cü illərdə iki isti dalğasını nəzərə alsaq, ölçülmüş hündürlük son iki ildə yaşadığımız iqlimə uyğundur. Bu, həm də Avropada və xüsusilə Alp dağlarında istiləşmə nəticəsində yaranan quraqlığın əksidir”, – qlasioloq Luc Moreau bildirib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki