Antarktida kəşfiyyatı üçün nəzərdə tutulmuş Avstraliyanın yeni buzqıran gəmisi RSV Nuyina Tasmaniya adasındakı Hobart şəhərində yerləşən Tasman körpüsünün altından keçməsinə icazə verilməyib.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Yerli hakimiyyət orqanları iri ölçülü buzqıran gəmidən çoxdan narahat olub. Belə ki, gəminin uzunluğu 160 metrdir. Antarktikanın kəşfiyyatı üzrə dövlət qurumunun buzqıran gəminin keçidinin körpü üçün heç bir təhlükə yaratmaması ilə bağlı açıqlamalarına baxmayaraq, səlahiyyətlilər hələ də risk etməməyi seçdilər və buzqıran gəminin uzunluğu 1395 metr olan Tasman körpüsünün altından keçməsinə icazə vermədilər. .
Bununla bağlı qəzet yazır ki, qiyməti 528 milyon dollar olan buzqıran gəmi Hobart limanında yanacaq doldura bilmir. Buna görə də, RSV Nuyina başqa bir Avstraliya limanında yanacaq doldurmaq üçün yüzlərlə kilometr şimala getməli olacaq.
Mənbə: Sözcü