Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ı birləşdirən QUAD) ölkələri Ukraynadakı vəziyyətdən narahat olduqlarını bildiriblər və mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olublar.
Bu barədə “The Hindu” məlumat yayıb.
Bəyanatda deyilir: “Biz beynəlxalq hüquqa hörmət, mübahisələrin sülh yolu ilə həlli və BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətin tərəfdarıyıq”.
Mənbə: lenta.ru