image-2000x150px
image-20220701_gaf_u55_113-pic_32ratio_1200x800-1200x800-51109backend

Avstraliyanın baş naziri G7 sammiti çərçivəsində ABŞ prezidenti ilə danışıqlar aparacağını bildirib

image-728x90px

Avstraliyanın baş naziri Entoni Albanese Xirosimada keçiriləcək Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində Ağ Ev rəhbəri Co Baydenlə ikitərəfli danışıqlar aparacaq.

Bu barədə TASS məlumat yayıb.

Albanese ABŞ prezidentinin Avstraliyaya mayın 24-nə planlaşdırılan səfərinin təxirə salındığını, lakin iki ölkə liderlərinin “Böyük yeddilik sammiti çərçivəsində Xirosimada ikitərəfli görüş keçirəcəklərini” deyib.

Avstraliyanın baş naziri vurğulayıb ki, Amerika tərəfinin büdcəsində mümkün gecikmə ilə bağlı problemlərə görə Bayden Avstraliyaya səfərini təxirə salıb. Albanese əlavə edib ki, o və ABŞ prezidenti gələn həftə sonu Yaponiyada G7 sammitində ikitərəfli görüş keçirəcək, burada Avstraliya baş naziri Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən dəvət olunub.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki