image-n1karobka_ads
image-123
image-vaz_catalogue_notes-file_-121725-840-pic_32ratio_900x600-900x600-53922backend

AvtoVAZ yeni mühərrik və CVT ilə Lada Vesta buraxıb

Rusiyanın AvtoVAZ istehsalçısı 122 at gücü hasil edən yeni 1,8 litrlik Evo mühərriki ilə təchiz edilmiş Lada Vesta-nın seriyalı istehsalına başlayıb.

Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

AvtoVAZ qeyd edir: “Yeni güc bloku laboratoriya və yol sınaqlarının tam dövrü keçib, elektron mühərrik və transmissiya idarəetmə sistemləri isə xüsusi olaraq Lada Vesta üçün kalibrlənib”.

Yeni mühərrik və avtomatik transmissiya (söhbət davamlı dəyişən variatordan gedir) bütün mümkün gövdələrlə Vesta ailəsinin modellərinə inteqrasiya olunub. Bunun üçün istehsalçı avtomobillərin yanacaq və əyləc sistemlərini modernləşdirməli olub. Şirkət hələlik satışın başlama tarixi, konfiqurasiyalar və qiymətlər barədə məlumat açıqlamayıb. Bununla belə, qeyd edilir ki, yeni mühərrikli iki pedallı avtomobillərin ilk partiyası Tolyattidəki müəssisənin konveyerindən çıxıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki