Çirkli pulların yuyulmasında ittiham olunaraq, federal axtarışa verilmiş və qiyabi həbs edilən rusiyalı bloger Hüseyn Həsənovu 7 ilə qədər həbs cəzası gözləyə bilər.
Müvafiq məlumatı SHOT Telegram kanalı təqdim edir . Qeyd edilir ki, R.Həsənova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin belə bir müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 174.1-ci maddəsinin 4-cü hissəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl Mash Telegram kanalı bildirib ki, Həsənovun həbsi ilə bağlı vəsatət aprelin 23-də Çertanovski Məhkəməsinə daxil olub və təmin edilib.
DOĞRU.AZ