image-n1karobka_ads
image-123
image-thumb-1backend

AYNA-dan avtobuslarla bağlı açıqlama

image-add-a-heading

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar davam etdirilir, xətlərə gündəlik qrafikə uyğun avtobuslar buraxılıb.

Məlumata görə, bəzi istiqamətlərdə yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu isə avtobuslararası intervalların artmasına səbəb ola bilər.

Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki