image-2000x150px
image-123
image-ads_atlas
image-mina_0241backend

Azad edilmiş ərazilərin 280 min hektarı minalardan təmizlənəcək

image-728x90px

Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi.

Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardantəmizlənməsidir.

Qeyd edək ki, 10 noyabr 2020- ci il Bəyanatından sonar 268 nəfər minalardan və PHS-dən zərər çəkib ki, bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub, 223 nəfəri o, cümlədən 91 mülki şəxs yaralanıb. Bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi minadan təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən isə Azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək. Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir. Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır.

Əlbətdə bu prosesi ləngidən əsas amillərdən birincisi dəqiq mina xəritələrinin Ermənistan tərəfindən verilməməsidir. Erməni hərbi-siyasi rəhbərliyi hələ də bu yolla terroru davam etdirir, azərbaycanlıların doğma yur-yuvalarına qayıdışına əngəl törətməyə çalışır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov   açıqlamasında Azərbaycan ərazilərində minatəmizləmə prosesində beynəlxalq dəstək biz istədiyimiz dərəcədə deyil.

“Lakin biz Minatəmizləmə Agentliyi olaraq müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə işlər aparırıq. Ümid edirik ki, yaxın gələcəkdə bu dəstəyin miqyası və həcmi böyüyəcək.

Onun sözlərinə görə, 2021-ci ildən qarşımıza qoyulan məqsədlərə uyğun olaraq böyüyüb inkişaf etmişik. Növbəti illərdə də ANAMA böyüyəcək, həm insan, həm texniki potensial artırılacaq. Buna uyğun olaraq lazımi miqdarda həm alət-avadanlıq, həm də texnika alınacaq:

“İşçi sayı da artırılıb və bu artım davam edir. Göygöldəki regional təlim mərkəzimizdə həm yeni minaaxtaranların, qrup rəhbərlərinin, həm də partlayış işlərinin aparılması təlimləri davam etdirilir”, – deyə o əlavə edib.

Azərbaycanlıların qayıdışına ciddi əngəllər törətməkdə hər zaman maraqlı olan Ermənistan mina müharibəsi siyasətini bu gün də davam etdirir. Heç bir beynəlxalq təzyiqlə üzləşməyən Ermənistanın bu gündə mina istehsal edir. Regionda sülhdən danışan ölkənin bu addımları isə anlaşılan deyil.

Öz hərbi gücü, siyasi iradəsi hesabına işğal olunmuş əraziləri azad edən Azərbaycan bu torpaqları öz gücü hesabına da bərpa edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə təhlükəsiz qayıdışını təmin edəcək.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki