Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yola düşüb.
Doğru.az xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, komanda noyabrın 15-də Krakov şəhərində keçiriləcək boks gecəsində iştirak edəcək.
Azərbaycan yığması Polşanın milli komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Məşqçilər Etibar Abdullayev və Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) etimad göstəriblər.
Qeyd edək ki, millimiz noyabrın 18-də Bakıya qayıdacaq.
DOĞRU.AZ




























