İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin daha bir üzvü mərhələ adlayıb.
Doğru.az xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Dominikan Respublikası təmsilçisi Fredelin De Los Santosu 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
O, 1/8 finalda Türkiyə təmsilçisi Samet Gümüşlə qarşılaşacaq. Döyüş sentyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Zaur Qəhrəmanov (65 kq) və Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlamışdı. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.
DOĞRU.AZ