image-ads_n1karobka_mobile
image-f39ee133-a257-42c2-8cc1-7389c507364ebackend

Azərbaycan bu gün uğurlu müstəqil siyasəti nəticəsində dünya miqyasında lider ölkələrdən biridir

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir.

Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı və möhkəm inam yarandı.

Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı. Müstəqil dövlətimizin xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirildi.

Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki