Azərbaycan nümayəndə heyəti Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
Doğru.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət forumda 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə ilə bir araya gəlib.
Tədbir çərçivəsində media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Forum plenar sessiyalar, Süni İntellekt Texnologiyası və Media Forumu, Qlobal Cənub Gənclər Dialoqu və digər əsas tədbirləri əhatə edir.
DOĞRU.AZ