image-n1karobka_ads
image-123
image-17520434873838361606_1200x630backend

Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür

İyulun 9-da Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür.

Doğru.az xəbər verir ki, bu tarix 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qəbul olunmuş müvəqqəti təlimatla bağlıdır.

Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il 9 iyul “Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü” kimi qeyd olunur.

Azərbaycan diplomatiyası ilk addımlarını 1919-cu ildə atsa da, müstəqil xarici siyasət fəaliyyətinə yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra qayıdıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın çoxşaxəli və balanslı diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu artıraraq, regionun lideri və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət nəticəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq səviyyədə haqlı mövqeyini uğurla müdafiə edib.

Hazırda Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir və beynəlxalq arenada mühüm rol oynayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki