image-ads_n1karobka_mobile
image-17568652391055532311_1200x630backend

Azərbaycan gənc cüdoçuları Avropa çempionatı üçün Bratislavaya yola düşdü

image-add-a-heading

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığması Avropa çempionatında iştirak etmək üçün Slovakiyanın paytaxtı Bratislavaya yola düşüb.

Doğru.az xəbər verir ki, milli komandamızı səfərə aparan təyyarə saat 06:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Ölkəmiz turnirdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi yarışlarda mübarizə aparacaq. Həmçinin yığma çempionatın son günündə qarışıq komanda yarışında da çıxış edəcək.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçiriləcək qitə birinciliyində 42 ölkədən ümumilikdə 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki