image-2000x150px
image-123
image-ads_atlas
image-334659171_1271523457049951_886104873139056094_nbackend

Azərbaycan gəncləri Türkiyədəki çörəkbişirmə məntəqəsində könüllü kimi çalışırlar – FOTO

image-728x90px

Azərbaycan könüllüləri Türkiyənin zəlzələ bölgəsində artıq 20 gündür fəaliyyətini davam etdirirlər. Gənclərimiz xidmət etdiyi şəhərlərdə həyata keçirdiyi humanitar fəaliyyətlərin miqyasını zərərçəkənlərin ehtiyaclarına müvafiq olaraq genişləndirir, yerli əhali üçün zəruri xidmətlərin əlçatanlığında mühüm rol oynayırlar.  Belə ki, azərbaycanlı gənclər təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində yaşayan zəlzələ qurbanlarına həm müxtəlif xidmətləri yerində təşkil edir, həm də əhalinin zəruri qida təminatı üzrə fəaliyyət göstərən müəssisələrdə könüllü fəaliyyətlərini həyata keçirirlər.

Artıq bir neçə gündür ki, Azərbaycan könüllüləri zəlzələnin episentri hesab edilən Kahramanmaraşdakı çörəkbişirmə məntəqəsində fəaliyyət göstərirlər. Gün ərzində 45 000 ədəd çörək paylanan məntəqədə gənclərimiz çörək və digər zəruri un məmulatlarının hazırlanması prosesində iştirak etməklə yanaşı, növbələrin tənzimlənməsi və çörəklərin yerli əhaliyə paylanması işində də fəal şəkildə çalışırlar.

Gənclərimizin adıçəkilən bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki