image-2000x150px
image-123
image-ads_atlas
image-23761_5igjsf5t9ebackend

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

image-728x90px

“Azərbaycan” Nəşriyyatına yeni baş direktor təyin olunub.

Doğru.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki