image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-11-30t085815-139backend

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-də mühüm görüşlər keçirib – FOTO

image-728x90px

ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.

Bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra öz “Twitter” səhifəsində yazıb.

Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb.

“Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, – ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.

Görüşdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki