image-2000x150px
image-123
image-ads_atlas
image-2366fda5-7483-36dc-84c8-6f35a2eaa9a2_850backend

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşdadır

image-728x90px

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlərimiz zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki