image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub

image-728x90px

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki