image-2000x150px
image-bez-nazvaniyabackend

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – RƏSMİ + VİDEO

image-728x90px

Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.//Oxu.az

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki