image-2000x150px
image-123
image-ads_atlas
image-bf2eabb01922c6e64ff57960f6a1462ebackend

Azərbaycan Ordusunun təlimlərində “Smerç” raketlərindən döyüş atışları icra edilib – VİDEO

image-728x90px

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç” reaktiv yaylım atəşi sistemi və DANA özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də  şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki