image-2000x150px
image-123
image-ads_atlas
image-124460backend

Azərbaycan Prezidenti: “Biz Litva ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”

image-728x90px

“Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb.

“Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır”, – məktubda belə deyilir.

Dövlətimizin başçısı Azərbaycan-Litva münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki