image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-1backend

Azərbaycan Tacikistana başsağlığı verib – FOTO

image-728x90px

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistana başsağlığı verib.

Bununla bağlı Azərbaycanın XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunur.

Xatırladaq ki, fevralın 16-da Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Təbii hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.

Hazırda dəymiş zərərin məbləği hesablanır.

Uçqun təhlükəsi fevralın 19-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki