Azərbaycan Tennis Federasiyası (ATF) rusiyalı Karen Xaçanovu cəzalandırmaq üçün Beynəlxalq Tennis Federasiyasına (ITF) tələb göndərib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
ATF tennisçinin Avstraliya Açıq Çempionatında separatçı “Dağlıq Qarabağ respublikası”na (“Artsax”) dəstək bəyanatını təxribat adlandırıb və gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Xaçanov Avstraliyanın Melburn şəhərində keçirilən turnirin oyunlarından sonra telekamera ekranına iki dəfə “Artsax”a dəstək sözləri yazıb.
DOĞRU.AZ

























