Azərbaycan və Özbəkistan xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələri bu gün Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin liderliyi sayəsində yüksək mərhələyə çatıb. İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi media sahəsində əməkdaşlıq üçün də yeni imkanlar yaradıb.
Doğru.az xəbər verir ki, bu fikirləri II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov səsləndirib.
Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal media mühitinin inkişafı, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində birgə təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektoruna mühüm töhfə verəcək.
Onun sözlərinə görə, xüsusilə saxta xəbərlərlə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət daşıyır:
“Əminəm ki, Azərbaycan-Özbəkistan media əməkdaşlığı daha da güclənəcək və region üçün nümunəyə çevriləcək”.
DOĞRU.AZ