“Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və “Tacikistan İş Qadınlarının Milli Assosiasiyası” arasında anlaşma memorandumları imzalanıb.
AQSİA İH sədri Səkinə Babayeva -nın da iştirak etdiyi Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Cumaxonzod Camşed, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Aziz Nazar, İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Fuad Məhərrəmov, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Manuçehra Safarzoda, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Tacikistanın Turizm Komitəsinin sədri Kamoliddinzod Bahoddur və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə iqtisadiyyatın müvafiq sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər. Forumda, həmçinin, Azərbaycan və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş olunub.
DOĞRU.AZ