image-2000x150px
image-123
image-ads_atlas
image-news_20211029103444backend

Azərbaycan XİN Türkiyəni təbrik edib – YENİLƏNİB

image-728x90px

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Cümhuriyyətini 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, xarici əlaqələr qurumunun tviter səhifəsində qeyd olunub:

“30 Avqust – Zəfər Bayramın mübarək olsun, qardaş Türkiyə! Zəfər Bayramının 100-cü ildönümündə Türkiyənin müstəqilliyi uğrunda canından keçən bütün şəhidləri dərin hörmət, rəhmət və iftixarla anırıq”.

09:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.

Bu barədə XİN başçısı tviterdə yazıb:

“Qardaş Türkiyəni 30 Avqust – Zəfər Bayramının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir və Türkiyənin müstəqilliyinin hər zaman möhkəm və sarsılmaz olmasını diləyirik”.

Qeyd edək ki, Zəfər Bayramı Türkiyənin və Şimali Kipr Türk Respublikasının milli bayramıdır. Zəfər Günü 1924-cü ildən (rəsmi olaraq 1935-ci ildən) hər il Böyük Təərrüzdə (böyük hücum) həlledici döyüş olan Dumlupınar vuruşmasındakı qələbənin xatirəsini anmaq üçün qeyd edilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki