image-2000x150px
image-123
image-ads_atlas
image-0ddec15f-34bd-39cd-b0a8-4f483e0f0dbd_850backend

Azərbaycanda Analar Günü təsis oluna bilər

image-728x90px

“Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:

“Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə Analar Günü kimi də qeyd edirik”.

B.Muradova qeyd edib ki, Azərbaycanda Analar Gününün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir:

“Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki