image-2000x150px
image-123
image-ads_atlas
image-musevibackend

Azərbaycanda cəza çəkən iranlılar təhvil veriləcək

image-728x90px

Azərbaycan həbsxanalarında cəza çəkən 21 iranlı məhbus yaxın bir neçə gün ərzində İrana təhvil veriləcək.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

“Xarici işlər nazirimiz Hüseyn Əmir Abdullahianın Azərbaycana səmərəli səfəri, İran səfirliyinin təqibi və Azərbaycan hakimiyyətinin köməyinin ardınca 21 iranlı məhbus yaxın günlərdə vətənə təhvil veriləcək. Bu məhbuslardan üçü qadındır”, – səfir bildirib.

Musəvi qeyd edib ki, Azərbaycan həbsxanalarında heç bir iranlı qadın qalmayacaq və bu proses davam edəcək.

Xatırladaq ki, ötən həftə İranın xarici işlər naziri  Hüseyn Əmir Abdullahian Bakıya səfər edib. Səfər zamanı Azərbaycan rəsmiləri, o cümlədən, Prezident İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki