image-n1karobka_ads
image-123
image-20260117163447_57530400backend

Azərbaycanda sarı və narıncı xəbərdarlıqlar verilib

image-add-a-heading

18-19 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar olaraq “sarı” və “narıncı” xəbərdarlıq elan edilib.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bildirilir ki, “narıncı” xəbərdarlıqa uyğun olaraq, Gəncə, Naftalan, Samux, Goranboy və Daşkəsəndə şimal-qərb küləyi 20,8-28,4 m/s-yə qədər güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eləcə də Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Mingə, Tərtər, Tərtər, Hacıyev Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda “sarı” xəbərdarlığa əsasən, şimal-qərb küləyi 13,9-20,7 m/s-dək güclənəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki