image-2000x150px
image-123
image-ads_atlas
image-fazbackend

Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar faciəsi yad edilib – FOTO

image-728x90px

Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş fotosərgi təşkil olunub.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan icması, yerli mətbuat və ölkədə akkreditə olan diplomatik korpusunun nümayəndələri, ziyalılar iştirak ediblər.

Səfir Elxan Poluxov çıxışında faciə qurbanlarının əziz xatirələrini birdəqiqəlik sükutla yad edib, Yanvar hadisələri və onun gedişatı haqqında qonaqlara ətraflı məlumat verib.

Qanlı Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi söylənilib. Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. H.Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildiyi qonaqların nəzərinə çatdırılıb.

Hər il olduğu kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, bütün ölkə rəhbərliyi və yüz minlərlə insanlarla birlikdə Şəhidlər xiyabanını ziyarət edərək, 20 Yanvar qurbanlarının əziz xatirəsini yad edib, bununla da hadisənin ölkənin tarixinə qanlı hərflərlə yazıldığını və xalqın xatirəsindən pozulmadığını bütün dünyaya nümayiş etdikləri vurğulanıb.

Tədbir çərçivəsində fotosərgi ilə yanaşı, qonaqlara 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarxlar nümayiş etdirilib, ərəb dilində nəşr olunmuş kitablar paylanılıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki