image-2000x150px
image-123
image-ads_atlas
image-1621581686_zakir_hesenovbackend

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verdi

image-728x90px

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Nazirlikdən bildirilib ki, başsağlığında deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki