image-2000x150px
image-bez-nazvaniya-9backend

Azərbaycanın səfiri Fransadan Ermənistana çağırış etdi – FOTO

image-728x90px

“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər, demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Bəyanatın (10 Noyabr Bəyanatı) icrasına və öhdəliklərin yerinə yetirilməsinə çağırış edirlər”.

  Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində belə bir bəyanatla çıxış edib.

O bildirib ki, Ermənistan aşkar şəkildə Üçtərəfli Bəyanatın bəndlərini pozur.

“Ermənistan, həmin sənədin müddəalarını kobud şəkildə pozduğunu nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının çağırışlarını dinləməli və ona əməl etməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 12-dən etibarən Azərbaycanın QHT-ləri, bir sıra ekofəallar, ictimaiyyət nümayəndələri ölkənin yataqlarında erməni separatçıların ekoloji terror fəaliyyətinə etiraz olaraq Şuşa-Xankəndi yolunda aksiya keçirirlər.

Ermənistan isə bu aksiyalar səbəbi ilə yolun Azərbaycan tərəfindən bağlandığını və Qarabağda yaşayan ermənilərin humanitar böhranla üzləşdiklərini iddia edir.

Azərbaycan bu iddiaları rədd edir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ