image-2000x150px
image-123
image-ads_atlas
image-2b83de13-812f-3916-be26-1a4e13571846_850backend

Azərbaycanın XİN rəhbərinin müavini So Byonq Su ilə görüşdü

image-728x90px

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir müavini Elnur Məmmədov 2022-ci ilin mart ayında Azərbaycan-Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin təşkil olunmasını və iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsinin həyata keçirilməsini məmnunluqla qeyd edib.

E.Məmmədov Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətlərin dinamikasını qeyd edərək, Azərbaycan-Koreya ikitərəfli əməkdaşlıq istiqamətləri və mexanizmlərinin əhəmiyyətini diqqətə çatdırıb. Bu xüsusda, 2022-ci ilin iyul ayında Koreyada keçirilmiş iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələri və digər ikitərəfli görüşlər məmnunluqla xatırlanıb.

Görüş zamanı E.Məmmədov iki ölkə arasında əməkdaşlığı gücləndirmək və genişləndirmək məqsədilə dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini iki ölkə arasında mövcud olan iqtisadi münasibətlərə toxunaraq, Cənubi Koreyanın 77 investisiya şirkətinin ölkəmizdə qeydiyyatdan keçməsini qeyd edib, və Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirak etmək niyyətini yüksək qiymətləndirib. Hazırda Azərbaycanın Koreya Respublikasının Cənubi Qafqaz regionunda ən böyük iqtisadi-ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.

E.Məmmədov qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, ümumiyyətlə mina təhlükəsi, həmçinin erməni tərəfinin mina xəritələrini təqdim etməməsi, eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə proses barədə ətraflı məlumat təqdim edib.

Görüşdə, Vətən müharibəsi sonrası işğaldan azad edilmiş ərazilərimizdə “Smart City” və “Smart Village”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçiriləcəyini nəzərə alaraq, Koreyanın qeyd olunan sahələrdə qabaqcıl təcrübə və texnologiyalarından faydalanma imkanlarında və həmin sahələrdə Koreya şirkətləri ilə birgə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsində Azərbaycan tərəfinin maraqlı olduğu bildirilib.

Görüş zamanı, iki ölkənin bir neçə şəhərləri arasında münasibətlər haqqında sazişlərin və anlaşma memorandumlarının imzalanması barədə məlumat verilib. Xüsusilə, Şuşa və Andonq şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolunun ötən il imzalanması məmnunluqla xatırlanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki