image-2000x150px
image-123
image-ads_atlas
image-1665987876_1664259392_1658296441_1656566795_022a1350-5cc2-47f4-9ff0-a4689cded117backend

Azərbaycanla Ərəb Dövlətləri Liqasının əməkdaşlığının inkişaf perspektivləri

image-728x90px

Prezident İlham Əliyev: “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var”

Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətidə aktiv iş aparıb. Bu gün artıq dövlətimiz dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Azərbaycan ərəb dünyasına aid beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Bu baxımdan ərəb dövlətlərinin mühüm beynəlxalq təşkilatı olan Ərəb Dövlətləri Liqası ilə də əlaqələrin sıxlaşması dövlətimiz üçün prioritetdir. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeytidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2022-ci ilin iyunun 17-də Bakıda Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib. Əhməd Əbul Qeyt Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.

2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan bu təşkilatda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2014-cü ildə isə Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Ər-Riyad şəhərində imzalanmış Memorandumu təsdiq edib. Bu sənəd tərəflərin tarixi, mədəni və sivilizasiyalararası əlaqələrin dərinliyini nəzərə alaraq, habelə siyasi, iqtisadi, ticari, maliyyə, texniki, sosial və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmlidir.

Bu ilin noyabrın 1-ə qədər Ərəb Dövlətləri Liqasına Tunis Respublikası sədrlik edirdi. Həmin gün Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında təşkilata sədrlik Əlcəzairə verilib. Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxışında qeyd edib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir: “Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir”.

Azərbaycan ərəb dünyası, eləcə də Ərəb Dövlətləri Liqası ilə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan Ərəb Dövlətləri Liqası ilə siyasi, istisadi, mədəni və s. sahələrdə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. “Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”,-deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan hər zaman islam həmrəyliyinin yaranması üçün təşəbbüskarlıq edib. Ölkəmiz beynəlxalq arenada islmafobiyaya qarşı sərt mövqe nümayiş etdirib. Dövlətimiz islam dünyasının birliyinə, bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev Zirvə toplantısında bu haqda da öz fikirlərini bildirib: “Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”.

Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq inkişaf etməkdədir. Bunun üçün Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsinin statsitikasına diqqət edək. Belə ki, 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən bu dövriyyə 570,8 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsində Tunis (72,3%), Birləşmiş Ərəb Əmirlikləri (13%), Liviya (4%) ən yüksək paya malik ilk üç ölkədir. Adıçəkilən ölkələrə ixracın əksəriyyətini xam neft və neft məhsulları təşkil edir. Zəngin neft-qaz ehtiyatlara malik ərəb ölkələrinin dünya iqtisadiyyatında böyük payı var. Dünyada ən çox neft hasil edən ölkələr də Ərəb Dövlətləri Liqasında birləşib. Buna görə də neft-qaz ölkəsi olan Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığının güclənməsi geniş perspektivlər vəd edir.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki