image-2000x150px
image-123
image-ads_atlas
image-171757292555237923_1200x630backend

Azərbaycanlı alim Danimarka Kral Elmlər Akademiyasının üzvü seçilib

image-728x90px

Danimarka Kral Elmlər Akademiyasına 17 yeni üzv seçilib. Onların arasında azərbaycanlı alim Məsud Aşina da var.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru elmi dərəcəsi alan Məsud Aşina, həmçinin hazırda Kopenhagen Universitetinin Səhiyyə və tibb elmləri fakültəsinin nevrologiya üzrə professorudur. O, sonradan Kopenhagen Universitetinin nevrologiya üzrə ordinaturasını bitirərək həmin ali təhsil ocağının fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini alıb.

Azərbaycanlı alim Kopenhagen Universiteti Xəstəxanasındakı Danimarka Başağrısı Mərkəzində Miqren araşdırmaları bölməsinin rəhbəridir.

Professor Aşina 1995-ci ildən başağrısı tədqiqatlarında fəal iştirak edir, miqren əleyhinə yeni dərmanlar hazırlayır. Onun tədqiqat maraqlarına miqrenin eksperimental modelləri və klaster başağrısı, neyroimaging və s. daxildir. Alim, həmçinin miqren haqqında 400-dən çox məqalə və tezislərin müəllifidir.

1742-ci ildə qurulan Danimarka Kral Elmlər Akademiyasının təxminən 250 danimarkalı və 260 əcnəbi üzvü var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki