Dubayda təşkil olunan “FISO – Future Intelligence Students Olympiad” beynəlxalq yarışının 2-ci qlobal mərhələsində ölkəmizin daha bir yetirməsi yüksək nailiyyət əldə edib.
Xətai rayonu, S.Həsənov adına 63 nömrəli tam orta məktəbin şagirdi Rauf Müzəffərov olimpiadada “IQ” kateqoriyası üzrə qızıl medala layiq görülüb. Gənc istedad yarışda yüksək intellektual göstərici nümayiş etdirməklə yanaşı, tədbir zamanı Azərbaycanın milli geyimində çıxış edərək ölkəmizin mədəni dəyərlərini də təqdim edib.
Olimpiadanın sonunda Rauf Müzəffərova təşkilatçılar tərəfindən “Təşəkkür Sertifikatı” və qızıl medal təqdim olunub. Bu cür nailiyyətlər Azərbaycan gənclərinin beynəlxalq arenada həm intellektual, həm də mədəni potensialını uğurla nümayiş etdirməsinin bariz nümunəsidir.
Mənbə: Bakıvaxtı.az