Joze Mourinyo “Real Madrid”in yeni baş məşqçisi olmağa əsas namizəddir.
Offsideplus.az xəbər verir ki, portuqaliya mütəxəssis “kral klubu”na gəlsə, ilk hədəfi Viktor Osimheni transfer etmək olacaq.
Bu barədə “Africanfoot” portalı məlumat yayıb.
Mourinyo “Roma”nı çalışdırdığı zamanlardan Osimheni çox bəyənir.
Nigeriyalı hücumçunun “Qalatasaray”la 2029-cu ilin yayına qədər müqaviləsi var.
İstanbul nəhəngi onun üçün “Napoli”yə 75 milyon avro ödəyib və onu 100 milyondan aşağı satmağı düşünmürlər.
DOĞRU.AZ

























