Futbol dünyasında yeni qayda başlayır.
Offsideplus.az xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib və.
Artıq rəqiblə danışarkən ağzını gizlədən futbolçular meydandan qovulacaq.
FİFA bununla da rəsmi olaraq “Prestianni Qanunu” adlanan yeni qaydanı təsdiqləyib. Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qəbul edilən bu radikal dəyişiklik futbol meydanlarında intizamı və şəffaflığı artırmaq məqsədi daşıyır.
Yeni qaydaya əsasən, rəqib oyunçu ilə mübahisə və ya ünsiyyət zamanı əli, yaxud forması ilə ağzını örtən hər bir futbolçu hakimin qərarı ilə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıla bilər.
Bu qaydanın qəbul edilməsinə səbəb olan hadisə “Benfika”nın oyunçusu Canluka Prestianni ilə “Real Madrid”in ulduzu Vinisius Junior arasında yaşanan gərginlik olub. Prestiannin rəqibinə qarşı təhqiramiz ifadələr işlədərkən ağzını gizlətməsi və bunun sübut olunmasının çətinliyi futbol rəhbərliyini hərəkətə keçməyə məcbur edib.
FİFA prezidenti Canni İnfantino məsələ ilə bağlı kəskin mövqe nümayiş etdirərək bildirib: “Əgər bir futbolçunun gizlədəcək bir şeyi yoxdursa, rəqiblə danışarkən ağzını örtməsinə ehtiyac yoxdur.”
Qayda xüsusilə irqçi və diskriminativ təhqirlərin gizli qalmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Hakimin qərarına etiraz olaraq komandanı meydandan çıxaran və ya buna təşviq edən rəsmi şəxslər də ən ağır şəkildə cəzalandırılacaq.
Bu qanun rəsmi olaraq 2026-cı il Dünya Çempionatında qüvvəyə minəcək.
Bu qərar taktiki göstərişlər zamanı ağzını örtməyə alışmış futbolçular və məşqçilər üçün ciddi müzakirə mövzusuna çevrilib. Lakin FİFA vurğulayır ki, cəza yalnız rəqiblə olan qarşıdurma anlarına şamil ediləcək.
DOĞRU.AZ

























