image-ads_n1karobka_mobile
image-24551backend

“Fənərbağça” “Qalatasaray”ın hədəfindəki futbolçu ilə danışıqlara başlayıb

Türkiyənin “Fənərbağça” klubu yay transfer pəncərəsinin ən böyük bombasını partlatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, “Sarı-lacivərdlilər” “Liverpul” ilə yollarını ayırmağa hazırlaşan dünya şöhrətli hücumçu Məhəmməd Salahı azad agent statusu ilə transfer etmək üçün hərəkətə keçib.

​İstanbul təmsilçisi Salahın nümayəndələri ilə görüşərək ona 3 illik müqavilə təklif edib.

​Klubun misirli ulduz üçün mövsümlük 17 milyon funt-sterlinq (təxminən 20 milyon avro) civarında məvacib ödəməyə hazır olduğu bildirilir.

​Səudiyyə Ərəbistanı və ABŞ-nin MLS klublarından gələn astronomik təkliflərə baxmayaraq, 33 yaşlı futbolçunun əsas hədəfi karyerasını Avropada davam etdirməkdir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki